Azərbaycanda pul bazası azalıb
20.04.2015 743 0.0 0

2015-ci il martın 1-nə olan vəziyyətə görə Azərbaycanda genişləndirilmiş pul bazası 9 736,1 milyon manat təşkil edib ki, bu da əvvəki aylarla müqayisədə 9,5 faiz azdır.

Məlumata görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) yanvar-fevral aylarının yekunları üzrə hesabatında deyilir.

İllik hesabatda ölkədə pul bazası 13,4 faiz azalıb. Müqayisə üçün: 2014-cü il fevralın yekunları üzrə bu göstərici 11 244,6 milyon manat olub.

AMB-nin məlumatına əsasən, 2015-ci il martın 1-nə manatda pul bazası 9 109,9 milyon manat olub. Bu göstərici yanvarda 10 551 milyon manat, 2014-cü ilin martın 1-də isə 11 136,5 milyon manat təşkil edib.

Hesabat dövründə tədavüldəki pul həcmi 8 701,1 milyon manat təşkil edib, hərçənd bu rəqəm yanvarda 10 145,3 milyon manat, 2014-cü il martın 1-nə isə 10 617,8 milyon manat olub.

2015-ci ilin fevralında tədavüldəki pul kütləsinin pul bazasına nisbəti əvvəlki aylarla müqayisədə 4,9 faiz, 2014-cü il martın 1-nə olan analoji göstərici üzrə isə 5 faiz azalaraq 89,4 faiz təşkil edib.

2015-ci ilin fevralında bank ehtiyatları 1 028,4 milyon manat olub ki, bu da yanvara nisbətən 70,12 faiz və 2014-cü ilin fevralı (617,7 milyon manat) ilə müqayisədə isə 66,5 faiz çoxdur./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar