Azərbaycanda polis tərəfindən saxlanılan şəxs intihar edib
04.02.2016 578 0.0 0

Balakəndə intihar hadisəsi baş verib.
Məlumata görə, hadisə bu gün Balakən rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb. Xəstəxanada müalicə alan, rayonun Katex kənd sakini, 1982-ci il təvəllüdlü Əziz Əliağa oğlu Əhmədov 3-cü mərtəbədən özünü atıb. O, aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.
 
Məlumata görə, Ə. Əhmədov Katex kəndində vətəndaşların mülklərini yandırmaqda təqsirli bilinərək bir neçə gün əvvəl polis tərəfindən saxlanılıb. O, polis şöbəsində kəsici alətlə özünə xəsarət yetirərək intihara cəhd edib. Lakin cəhdin qarşısı alınıb və o, xəstəxanaya yerləşdirilib.  
 
Hazırda polis və prokurorluq əməkdaşları hadisə yerində araşdırma aparır.
 
Faktla bağlı Balakən Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir/apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar