Azərbaycanda polis şöbəsində intihar
11.04.2022 414 0
Şəxsin müvəqqəti saxlama yerində intihar etməsi faktlı ilə bağlı araşdırma aparılır.
Qazeta.info xəbər verir ki, bu haqda Baş Prokurorluğdan məlumat verilib.
Məlumatda qeyd edilir ki, aprelin 9-u saat 15 radələrində narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə şübhəli şəxs qismində tutularaq Yevlax Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerində saxlanılan 1967-ci il təvəllüdlü İlham Əsgərovun saxlama kamerasında intihar etməsi barədə Yevlax rayon prokurorluğuna məlumat daxil olmuşdur.
Hazırda faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər