Azərbaycanda polis rəisi qəzada öldü
14.09.2015 1221 0.0 0
Sabirabadda polis mayoru avtomobil qəzasında ölüb.

 

Məlumata görə, hadisə Sabirabad rayonunun Qaratəpə kəndi ərazisində baş verib.

 

Siyəzən polis şöbəsinin istintaq bölməsinin rəisi, İmişli rayon sakini, 1961-ci il təvəllüdlü Məmiyev Əlibaxış Məhəmməd oğlu özünə məxsus "Opel Omega" avtomobili ilə qəzaya düşüb. Ə.Məmiyevin avtomobilin aşması nəticəsində hadisə yerində öldüyü bildirilir.

 

Faktla bağlı Sabirabad rayon prokurorluğunda araşdırma aparılır. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar