Azərbaycanda poçt şöbələri də kredit verəcək
15.08.2015 639 0
Azərbaycanın poçt operatoru “Azərpoçt” MMC tərəfindən kreditləşmə xidmətlərinin genişləndirilməsi məsələsi işçi qaydada Maliyyə Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi və Mərkəzi Bank tərəfindən nəzərdən keçirilir.
Qazeta.info-nun məlumatına görə, bu barədə Trend-ə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Poçt rabitəsi komissiyasının sədri Novruz Məmmədov deyib.
O bildirib ki, layihənin reallaşdırılması üçün adıçəkilən dövlət qurumlarının dəstəyi mühüm əhəmiyyət daşıyır: “Hazırda poçt operatoru tərəfindən kreditləşmə xidmətlərinin göstərilməsi məsələsi ilə bağlı müəyyən təkliflər planı hazırlanır. Son təkliflər işlənib hazırlanandan sonra layihə hökumətə təqdim ediləcək”.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər