Azərbaycanda peyvənd həftəsinə başlanıb
25.04.2016 522 0.0 0

Azərbaycanda peyvənd həftəsinə başlanıb.
 
Məlumata görə, bu gün başlayan peyvənd həftəsi aprelin 30-dək davam edəcək. Səhiyyə naziri Oqtay Şirəliyev “Respublikada İmmunlaşdırma həftəsi”nin keçirilməsi barədə” əmr imzalayıb. Əmrdə respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi, respublikanın tibb idarə və müəssisələrinin rəhbərlərinə hər hansı səbəblərə görə immunlaşdırmadan kənarda qalan uşaqların “İmmunlaşdırma həftəsi” ərzində peyvəndlərə cəlb olunmasının təminatı tapşırılır. Eyni zamanda, “İmmunlaşdırma həftəsi”nin nəticələri haqqında məlumatların mayın 20-dək Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə təqdim edilməsi, “İmmunlaşdırma həftəsi”nin yekun nəticələri haqqında məlumatların mayın 27-dək Səhiyyə Nazirliyinə təqdim edilməsi tapşırıqları verilir.
 
Qeyd edək ki, ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə 2006-cı ildən başlayaraq, Avropa regionunda “İmmunlaşdırma həftəsi” keçirilir və  Səhiyyə Nazirliyi Azərbaycan 2007-ci ildən bu tədbirə qoşulur./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar