Fransanın “Areva” şirkəti Azərbaycanın “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC üçün tədqiqat nüvə reaktorunun inşa edilməsi ilə bağlı texniki-iqtisadi əsasnamə hazırlayıb.
Bu barədə Trend-ə Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib.
Nazirlikdən qeyd ediblər ki, texniki-iqtisadi əsasnamə Beynəlxalq Atom Enerjisi Agentliyinin müzakirəsinə təqdim olunub.
Saziş və təhlükəsizliklə bağlı məsələlərin uğurla həllini tapacağı təqdirdə, layihənin reallaşdırılması üzrə işlər 2016-cı ilə qədər başlaya bilər.
Tədqiqat reaktorunun inşa edilməsi üçün Abşeron rayonun Qobu qəsəbəsi ərazisində 15 hektarlıq ərazi ayrılıb (Bakıdan 20 kilometr). Torpaq sahəsi bundan əvvəl AMEA Radiasiya Problemləri İnstitutunun sərəncamında olub.
Bu sahədə inzibati binalar, məlumat araşdırma mərkəzi və elmi işlərin aparılması üçün infrastrukur yaradılacaq.