Azərbaycanda ofisiantlar toyda qonağı döydülər
18.04.2016 557 0.0 0


Gəncədə toya gedən qonaq restoranda döyülüb. Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından verilən məlumata görə, hadisə şəhərdəki restoranlardan birində qeydə alınıb.

Şəhər sakini, 1993-cü il təvəllüdlü Asif Seyidəli oğlu Əliyevlə qonaq kimi iştirak etdiyi toyda ofisiantlar arasında mübahisə yaranıb. Daha sonra mübahisə davaya çevrilib və 23 yaşlı Asif Əliyev ofisiantlar tərəfindən döyülüb. Ağır bədən xəsarətləri alan gənc xəstəxanaya çatdırılıb. 

Tibbi müəssisədən döyülən şəxsin vəziyyətinin orta-ağır olduğunu bildirdilər.

Gəncə şəhər Kəpəz rayon Polis İdarəsində gənclərin hansı səbəbdən mübahisə etdiyi və dalaşdığı araşdırılır.

Bənzər hadisə iki ay əvvəl Bakıda - Badamdar şossesinin kənarındakı kafelərdən birində baş verib. Orada ofisiant işləyən 1987-ci il təvəllüdlü Cabbar Əliyev 1966-cı il təvəllüdlü müştəri Şahin Rəhimovu döyüb.

Bildirilir ki, davaya səbəb müştərinin xidmətçi ilə kobud davranması olub./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar