Azərbaycanda ofisiant öz müdirini öldürdü
13.08.2016 1860 0
Yevlaxda qətl hadisəsi baş verib.
Xəbərə görə, Səbuhi adlı ofisiant işlədiyi çay evinin sahibini münaqişə zəminində bıçaqlayaraq öldürüb.
Bildirək ki, Yevlax rayonunda qətlə yetirilən şəxsin və qətli törədənin kimliyi məlum olub.
Əldə olunan məlumata əsasən, Yevlax şəhər sakini 1992-ci il təvəllüdlü Məmmədov Sadiq Cəlil oğlu çalışdığı çayxanada baş verən münaqişə zəminində üstündə gəzdirdiyi bıçaqla çayxananın sahibi, 45 yaşlı Musayev Valeh Sabir oğlunu bıçaqlayaraq öldürüb.
Yevlax rayon Polis Şöbəsindən verilən xəbərə görə, hadisə yerində saxlanılan S. Məmmədov ilkin dindirmə zamanı əməlini etiraf edib.
Yevlax rayon Prokurorluğundan bildirilib ki, faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. /apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər