Azərbaycanda növbəti Facebook cinayəti-«Elvinə 18 bıçaq vurdum»
20.11.2015 713 0.0 0
Bakı Ağır Cinayətlər Məhkəməsində Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə sinif yoldaşını öldürməyə cəhddə təqsirləndirilən 1998-ci il təvəllüdlü Rövşən Elşad oğlu Şahmarova hökm oxunub. Hökmə əsasən, R.Şahmarov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
 
Hadisə bu il baş verib. Nizami rayonunda yerləşən 238 saylı məktəbin  şagirdi olan R.Şahmarov sinif yoldaşı E.Muradova 18 bıçaq zərbəsi endirib. Xəsarət alan E.Muradov Sabunçu Rayon 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib. Həkimlərin tibbi yardımı nəticəsində E.Muradovun həyatını xilas etmək mümkün olub.
 
 Hadisəyə səbəb isə R.Şahmarovun "Facebook" sosial şəbəkəsində bir qızla çəkdirdiyi şəklin altında E.Muradovun yazdığı şərh olub. Həmin şərhə görə onların arasında mübahisə düşüb. Mübahisə isə R.Şahmarovun bıçağa əl atması ilə nəticələnib. R.Şahmarov gecə saatlarında E.Muradovun dediyi ünvana gedərək onu bıçaqlayıb. 
 
Rövşən Şahmarov məhkəməyə ifadəsində bildirib ki, davaya qız şəklinə Elvinin şit zarafat edərək yazdığı şərhin səbəb olduğunu deyib: “Facebook”da sinif yoldaşım qızla şəklimi paylaşdım. Elvin şəklin altına rəy yazdı. Ona belə şit zarafatlar etməməsini dedim. Dava da bunun üstündə düşdü, sonra “WhatsApp”da bu barədə söhbət etdik. Məsələni həll etmkçün görüşmək qərarına gəldik. Görüşəndən sonra mübahisə böyüdü, mən də onu bıçaqladım. Amma Elvin bıçaqlanandan sonra da üstümə cumurdu, mən də məcbur olub 18 bıçaq vurdum”.
 
O, Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham olunub./bizimyol.info/

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar