Azərbaycanda NİDA-çı gənc saxlanıldı
25.05.2016 580 0.0 0

Müsavat Partiyasının keçmiş üzvü, NİDA-çı Amid Süleymanov polis əməkdaşları tərəfindən saxlanılıb. Məlumata görə, bu barədə onun yaxınları sosial şəbəkələrdə məlumat yayıblar. Bildiriblər ki, Amid  Binəqədi rayonu ərazisində yaşadığı mənzildən Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Lakin onun hansı səbəbdən saxlanılması barədə hələlik məlumat yoxdur.

 

Sosial şəbəkədə yayılan status

A.Süleymanovun atası Yusif Süleymanov da mətbuata bildirib ki, oğlunu gecə saatlarında polis bölməsinə aparıblar.

“Qapını açdım. Bir nəfər polis, 5-6 nəfər də mülki geyimli şəxs onun kompüterini, telefonunu götürdülər və evdə axtarış apardılar. Sonra da Amidi apardılar. Onu hansı səbəbdən apardıqlarını deməyiblər. Yalnız 5-ci polis bölməsinə aparıldığını bildiriblər”.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov bildirdi ki, gənc fəalın saxlanması faktını araşdıracaq: “Məsələni araşdırdıqdan sonra məlumat verə bilərəm”.

Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsindən isə məsələni şərh etməkdən imtina etdilər./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar