Azərbaycanda neft hasilatı azalıb
13.07.2017 601 0.0 0

Bu ilin yanvar-iyun aylarında ölkə sənayesində 18,6 mlrd. manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,5% az sənaye məhsulu istehsal edilib. 


Dövlət Statistika Komitəsindən verilən məlumata görə, sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 4,4% artıb, neft sektorunda isə 7,2% azalıb.


Sənaye məhsulunun 70,1%-i mədənçıxarma sektorunda, 24,6%-i emal sektorunda, 4,5%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub. Mədənçıxarma sektorunda neft hasilatı 9,0%, əmtəəlik qaz hasilatı isə 0,2% azalıb.


Emal sektorunda qida məhsullarının istehsalı 2,7%, içkilərin istehsalı 30,6%, toxuculuq sənayesi məhsullarının istehsalı 2,1 dəfə, geyim istehsalı 57,1%, ağacın emalı və ağacdan məmulatların istehsalı 82,8%, kağız və karton istehsalı 0,1%, kimya sənayesi məhsullarının istehsalı 22,4%, əczaçılıq məhsullarının istehsalı 2,3 dəfə, rezin və plastik kütlə məmulatlarının istehsalı 48,5%, tikinti materiallarının istehsalı 38,5%, kompüter və elektron məhsulların istehsalı 75,7%, elektrik avadanlıqlarının istehsalı 84,2%, maşın və avadanlıqların istehsalı 25,1%, sair nəqliyyat vasitələrinin istehsalı 18,8%, mebel istehsalı 28,7% artıb, tütün məmulatlarının istehsalı 31,4%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 55,8%, poliqrafiya məhsullarının istehsalı 36,8%, metallurgiya sənayesi məhsullarının istehsalı 9,5%, hazır metal məmulatlarının istehsalı 30,3%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri isə 55,1% azalıb.


Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 0,9% artıb, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 1,5% azalıb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar