Azərbaycanda nazirlik əməkdaşı iş başında güllələndi
30.10.2016 1777 0.0 0

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşının güllə yarası alması faktı təsdiqlənib.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA-ya verilən məlumata görə, hadisə qanunsuz ov hallarına qarşı aparılan mübarizə tədbirləri çərçivəsində baş verib.

 

Nazirliyin əməkdaşı yaralanıb. Faktla bağlı araşdırma aparılır. 

 

 

Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaralanan əməkdaşı  Saatlı rayon sakini 1954-cü il təvəllüdlü Ağakərim Səlimov güllə yarası ilə Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

 

Məlumata görə, A. Səlimovun üzərində cərrahi əməliyyat aparılır.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar