Azərbaycanda nazir müavini vəfat edi
15.04.2022 1018 0.0 0

Azərbaycan Respublikası Maliyyə nazirinin 1-ci müavini İlqar Fətizadə uzun sürən xəstəlikdən sonra 2022-ci il aprel ayının 15-də ömrünün 66-cı ilində vəfat etmişdir.

Qaeta.info xəbər verir ki, bu haqda Maliyyə Nazirindən məlumat verilib.

Məlumata görə, İlqar Fətizadə 1956-cı il sentyabr ayının 30-da anadan olmuşdur. 1978-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu maliyyə-statistika ixtisası üzrə bitirmişdir.

İlqar Fətizadənin 1978-ci ildən başlanan əmək fəaliyyətinin böyük hissəsi Maliyyə Nazirliyi ilə bağlı olmuşdur. O ümumilikdə 37 il çalışdığı Maliyyə Nazirliyində iqtisadçı vəzifəsindən nazirin birinci müavini vəzifəsinədək əmək fəaliyyəti yolu keçmiş, 1992-ci ildə maliyyə nazirinin müavini, 1999-cu ildən isə ömrünün sonuna qədər maliyyə nazirinin birinci müavini vəzifəsində çalışmışdır. 1993-1999-cu illərdə Dövlət Sosial Müdafiə Fondu sədrinin birinci müavini olmuşdur.

İ.Fətizadə respublikamızın maliyyə orqanlarında çalışdığı dövrlərdə hər zaman işgüzarlığı, peşəkarlığı və təşkilatçılıq bacarığı ilə seçilmiş, Maliyyə Nazirliyinin səmərəli fəaliyyətinin təmin olunmasına, ölkəmizin maliyyə sisteminin davamlı inkişafına mühüm töhfələr vermişdi. O zəngin bilik və təcrübəyə malik dövlət qulluqçusu, diqqətli və mehriban insan, işgüzar və öz işinə həmişə məsuliyyətlə yanaşan və digər yüksək insani keyfiyyətlərə sahib insan kimi Nazirliyin kollektivində, ölkəmizin maliyyə-iqtisadi orqanlarında və ictimaiyyətində yüksək hörmət və rəğbət qazanmışdı.

İlqar Fətizadənin uzunmüddətli əmək fəaliyyəti yüksək qiymətləndirilmişdir. O, dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətlərinə görə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdir.

Onun əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır...

Allah rəhmət eləsin!


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar