Azərbaycanda ən çox korrupsiya olan sahə
15.01.2016 642 0.0 0

Azərbaycanda ötən il ən çox korrupsiya hallarına yol verilən sahələrin adları açıqlanıb. Ən çox korrupsiya halı baş verən sahə bank sektorudur. 

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bu gün keçirdiyi mətbuat konfransında bu barədə danışıb. Onun sözlərinə görə, ötən il istintaqı tamamlanaraq məhkəməyə göndərilən cinayət işlərindən 29-u bank sektoru üzrə olub. 48 şəxs məsuliyyətə cəlb edilib. 

K.Əliyev qeyd edib ki, digər ən çox korrupsiya halları müşahidə olunan sahələr ticarət, tukinti və özəl sektordur.

Onun sözlərinə görə, ticarət sahəsilə bağlı 36 cinayət işi üzrə 37 şəxs, tikinti üzrə 18 cinayət üzrə 31 şəxs, özəl sektorda 15 cinayət üzrə 22 şəxs, yerli icra hakimiyyəti üzrə 5 cinayət üzrə 9 şəxs, təhsil sahəsi üzrə 9 cinayət üzrə 20 şəxs, səhiyyədə 6 cinayət üzrə 6 şəxs, bələdiyyələr üzrə 7 cinayət üzrə 8 şəxs, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində müavinətlərin verilməsinə görə 2 cinayət üzrə 10 şəxs məsuliyyətə cəlb olunub.

 

Ötən il 14 əməliyyat tədbiri nəticəsində 16 vəzifəli şəxs cinayət başında yaxalanıb. Araşdırmalar nəticələrinə isə 15 şəxs barəsində 13 cinayət işi başlanıb.

2015-ci ildə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində müraciətlərə baxılması nəticəsində 169 vəzifəli şəxs intizam məsuliyyətinə cəlb edilib. O qeyd edib ki, intizam məsuliyyətinə cəlb edilmiş 169 vəzifəli şəxsdən Səhiyyə Nazirliyi üzrə 42, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə 28, Təhsil Nazirliyi üzrə 13, Daxili İşlər Nazirliyi üzrə 48, Müdafiə Nazirliyi üzrə 1, Fövqəladə Hallar Nazirliyi üzrə 1, Gömrük Komitəsi üzrə 1 və digər dövlət qurumları üzrə 35 olub./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar