Azərbaycanda minimum əməkhaqqı artırılıb
25.12.2017 1227 0
Prezident İlham Əliyev dekabrın 25-də "Minimum aylıq əməkhaqqının artırılması haqqında" sərəncam imzalayıb.
Məlumata görə, sərəncama əsasən, minimum aylıq əməkhaqqının məbləği 2018-ci il yanvarın 1-dən 130 manat müəyyən edilib.
Nazirlər Kabinetinə dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli üzrə aylıq tarif (vəzifə) maaşlarının məbləğlərini bu sərəncama uyğunlaşdırmaq, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan işçilərin, o cümlədən maaşları Vahid Tarif Cədvəli ilə tənzimlənən işçilərin əməyinin ödənilməsi sisteminin təkmilləşdirilməsi və əməkhaqlarının artırılması barədə təkliflərini hazırlayaraq üç ay müddətinə Prezidentə təqdim etmək tapşırılıb./Report/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər