Azərbaycanda məşhur şirkət məhkəməyə verilib
30.03.2016 703 0.0 0

Bakı Apellyasiya Məhkəməsində “Atropatena” QSC-nin “Nestle Azərbaycan” MMC-yə qarşı apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

Məlumata görə, prosesdə tərəflər dinlənilib. Növbəti məhkəmə prosesi aprelin 5-nə təyin edilib.
 
Qeyd edək ki, “Atropatena” QSC müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsinə müraciət edib. Lakin məhkəmə iddianı rədd edib.
 
Bundan sonra “Atropatena” QSC apellyasiya şikayəti verib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar