Azərbaycanda məmurun evindən külli miqdarda pul oğurlanıb
25.05.2016 1109 0
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Neftçala rayon Sosial Müdafiə Mərkəzinin sektor müdiri Elnur Bağırovun yaşadığı mənzildən oğurluq olub.
Qazeta.info Virtualaz.org-un məlumatına əsasən bildirir ki, mayın 23-də Elnur Bağırovun ailəsi ilə birlikdə toyda olmasından istifadə edən oğru (yaxud oğrular) onun evinin pəncərəsindən mənzilinə daxil olaraq 23 min manat pulunu oğurlayıblar.
Hazırda oğurluğu törətmiş şəxsin və ya şəxslərin aşkar olunaraq istintaqa cəlb edilməsi istiqamətində Neftçala rayon polis şöbəsinin əməkdaşları tərəfindən intensiv əməliyyat tədbirləri həyata keçirilir.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər