Azərbaycanda məhkum qadın həbsxanada uşaq dünyaya gətirib
28.09.2016 775 0.0 0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Esmira Cəfərovanın şikayəti əsasında məhkəmə prosesi başlayıb.
 
Məlumata görə, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən E. Cəfərova bildirib ki, iki il öncə həbs edilərkən hamilə olub.
 
O, həbsxanada uşaq dünyaya gətirdiyini və uşağa baxmaq üçün barəsində olan cinayətinə xitam verilməsini istəyib: "Qızım 1 yaş 8 aylıqdır. Sizdən xahiş edirəm ki, vəziyyətimi nəzərə alaraq, körpənin qayğısına qalmaq üçün məni həbsdən azad edəsiniz".
 
Məhkəmə baxışı sentyabrın 30-na təyin edilib.
 
Xatırladaq ki, E. Cəfərova 2014-cü ildə oğurluqda təqsirləndirilərək 6 il 6 ay müddətində azadlıqdan məhrum edilib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar