Nazirlər Kabineti yanında Operativ Qərargah 19.11.2021 tarixi üçün COVİD-19 infeksiyasına yoluxma, ölüm, aparılan testlər və vaksinasiya haqda məlumatını açıqlayıb.
Qazeta.info Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata əsasən bildirir ki, Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 233 yeni yoluxma faktı qeydə alınıb, 2 401 nəfər müalicə olunaraq sağalıb. Analiz nümunələri müsbət çıxan 28 nəfər isə vəfat edib
İndiyədək ölkədə ümumilikdə 570 322 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 533 175 nəfər müalicə olunaraq sağalıb, 7 579 nəfər vəfat edib, aktiv xəstə sayı 29 568 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 925, ötən müddət ərzində isə ümumilikdə 5 418 169 test aparılıb.
Bundan başqa verilən məlumata görə, ümumilikdə respublika üzrə 10 234 106 vaksin vurulub. Bunlardan 5 042 611 vaksin birici doza kimi, 4 512 647 vaksin isə 2 ci doza kimi vurulub. "Buster" doza vaksinlərin ümumi sayı isə 678 821- dir.
Bunlardan 32 573 vaksin bu gün aparılan vaksinasiyanın payına düşür. Bildirək ki, bu gün 4386 vaksin birinci doza, 6092 vaksin isə ikinci doza kimi istifadə olunub. Bu gün 21 285 vaksin isə "Buster" doza kimi istifadə olunub.