Nazirlər Kabineti yanında Operativ Qərargah 21.11.2021 tarixi üçün COVİD-19 infeksiyasına yoluxma, ölüm, aparılan testlər və vaksinasiya haqda məlumatını açıqlayıb.
Qazeta.info Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata əsasən bildirir ki, Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1889 yeni yoluxma faktı qeydə alınıb, 2 537 nəfər müalicə olunaraq sağalıb. Analiz nümunələri müsbət çıxan 25 nəfər isə vəfat edib
İndiyədək ölkədə ümumilikdə 573 974 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 538 211 nəfər müalicə olunaraq sağalıb, 7 624 nəfər vəfat edib, aktiv xəstə sayı 28 139 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 740, ötən müddət ərzində isə ümumilikdə 5 443 180 test aparılıb.
Bundan başqa verilən məlumata görə, ümumilikdə respublika üzrə 10 292 434 vaksin vurulub. Bunlardan 5 050 632 vaksin birici doza kimi, 4 524 841 vaksin isə 2 ci doza kimi vurulub. "Buster" doza vaksinlərin ümumi sayı isə 716 991 - dir.
Bunlardan 25 256 vaksin bu gün aparılan vaksinasiyanın payına düşür. Bildirək ki, bu gün 3509 vaksin birinci doza, 5325 vaksin isə ikinci doza kimi istifadə olunub. Bu gün 16 422vaksin isə "Buster" doza kimi istifadə olunub.