Azərbaycanda kişilərin neçə faizi tütündən istifadə edir?
27.04.2017 819 0.0 0

Azərbaycanda tütündən istifadə edənlərin və tütündən əziyyət çəkənlərin statistikası açıqlanıb.
 
Məlumata görə, Milli Məclisdə "Tütünlə mübarizəyə dair Azərbaycan qanunvericiliyinin gücləndirilməsi” mövzusunda dəyirmi masada Səhiyyə Nazirliyinin İсtimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Ceyhun Məmmədov bildirib ki, ölkədə kişilərin 36 faizi siqaret çəkir, siqaret çəkməyən kişilərin 77 faizi ictimai və iş yerlərində, qadınların isə 41 faizi evdə tütün tüstüsünün təsirindən əziyyət çəkirlər. O qeyd edib ki, yeniyetmələr arasında bu nisbət daha nəzərəçarpacaq səviyyədədir: “Azərbaycanda yeniyetmələrin 7 faizi tütün çəkirsə, siqaret çəkməyən yeniyetmələrin 29 faizi evdə, 41 faizi isə qapalı və ictimai yerlərdə tütün tüstüsünün təsirinə məruz qalır. Bu, son 5 ildə 50 faiz artıb. Qapalı şəraitdə hətta havalandırma sistemi olduqda belə, onun təsirini təhlükəsiz səviyyəyə endirmək qeyri-mümkündür. Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsinə görə, yalnız tütün tüstüsündən tam azad ərazidə effektliliyi təmin etmək olar. Avropanın 10 ölkəsində tütünlə bağlı hərtərəfli qadağalar tədbiq edilir. Fikirlər səslənir ki, kafe və restoranlarda siqaretdən istifadənin qadağan edilməsi turistlərin buradan qaçması, gələcəkdə sanki bu səbəbdən turistlərin sayının azalması ilə nəticələnəcək. Lakin bu gün Avropa İttifaqı ölkələrindən gələn turistlər restoranlarda siqaret çəkməyi normal qarşılamayaraq qeyri-adekvat hal kimi qiymətləndirirlər. Bu gün ictimai yerlərdə siqaret çəkmək vətəndaşların Konstitusiya hüquqlarının pozulmasına da səbəb olur ki, bunu nəzərə almaq lazımdır”./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar