Azərbaycanda keçmiş nazir vəfat edib
13.05.2019 1097 3.0 0

Azərbaycanda quşçuluq təsərrüfatlarının və iri brolyer sənaye müəssisələrinin yaradılmasında böyük əməyi olan Ərəstun Abbasov vəfat edib.

Qazeta.info xəbər verir ki, Ə. Abbasov bir çox iri brolyer firmalarına rəhbərlik etmiş və 1994-1995 -ci illərdə Azərbaycan Quşçuluq Sənayesi naziri vəzifəsində çalışıb. Məlumata görə eks nazir 69 yaşında ürək tutmasından vəfat edib.

Qeyd edək ki, Azərbaycan Quşçuluq Sənayesi Nazirliyi ləğv ediləndən sonra da Ə.Abbasov uzun illər quşçuluq sənayesi istiqamətində rəhbər vəzifələrdə çalışıb. O, doğulduğu  Biləsuvar rayonunda dəfn olunub.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar