Azərbaycanda istehsal olunan buğda ehtiyacların neçə faizini ödəyə bilər?
13.01.2022 361 0
Azərbaycanın buğda ilə özünütəminatı orta hesabla 59-60 faiz səviyyəsindədir.
Qazeta.info bildirir ki, bunu Trend-ə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə deyib.
O bildirib ki, Azərbaycanda hər il orta hesabla 2 milyon ton buğda istehsal olunur.
"İl ərzində 1,3 - 1,4 milyon ton buğda idxal olunur. Azərbaycanın buğda ilə özünütəminatı orta hesabla 59-60 faiz səviyyəsindədir. Bu da o deməkdir ki, biz buğdaya tələbatın 40 faizini idxal hesabına ödəyirik. Azərbaycanın un üçün buğdaya görə idxal göstəricisi 40 faizdən bir az artıqdır", - deyə direktor bildirib.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər