Azərbaycanda internetin fəaliyyəti bərpa olundu
16.11.2015 500 0.0 0

 

Bir neçə dəqiqə əvvəl Azərbaycanda internetin fəaliyyəti bərpa olunub.

Məlum olduğu kimi gün bütün ölkə ərazisinin 90 faizində internet kəsilib.Xatırladaq ki, ölkədə internetdə yaranan problem təxminən saat 16:00  radələrində baş verib və 22.20 radələrində bərpa edilib.

Sosial şəbəkələrdə yayılan məlumatlarda hələ ölkədə intrnet problemi tam həll olunmadığı söylənilir.Bildirək ki, hazırda yerli internet KİV-lərinin bəzilərinin yayımında olan problem də bu yayılan xəbərlərin inandırıcı olmasına əsas verir. 

Qazeta.info  bildirir ki, hadisəyə ölkədə əsas internet paylayıcısı olan Delta Telecom şirkətinin inzibati binalarından birində baş verən yanğın səbəb olub.Onu da qeyd edək ki, baş vermiş belə bir hadisə ölkədə ilk dəfə qeydə alınır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar