Azərbaycan Respublikası Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin 27 yanvar 2016-cı il tarixli 1/9 saylı qərarına əsasən Təmir-tikinti və Quraşdırma İdarəsi ləğv olunduğunu elan edir.
Bu barədə Vergilər Nazirliyindən xəbər verilib.
Kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Badamdar şosesi, 40 ünvanına bildirə bilərlər.
Bununla yanaşı, həmin qərara əsasən, AMEA-nın Təsərrüfat Hesablı Avtobazası da ləğv olunub. Kreditorlar 2 ərzində tələblərini Bakı şəhəri, Badamdar şosesi, 40 ünvanına bildirə bilərlər./apa/
Bundan başqa bildirək ki, nazirlik məlumatında “Bakı Univermağı” ASC ləğv olunduğunu elan edib.
Məlumata əsasən, kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Səbail rayonu, Ü. Hacıbəyov 33/35 ünvanına bildirə bilərlər.
Bundan başqa, Nəsimi rayonunda yerləşən “Ruzi” ticarət mərkəzi də ləğv olunub. Kreditorlar tələblərini 28 May küçəsi, ev 17 ünvanına bildirə bilərlər. /apa/