Azərbaycanda iki bacının faciəsi: biri öldü, digəri komadadır - FOTO
16.09.2016 1240 0.0 0

 

Abşeron rayonunun Novxanı qəsəbəsində ağır yol qəzası baş verib.

 

Xatırladaq ki, artıq dünən Novxanıda baş vermiş dəhşətli yol qəzasında ölən və yaralanan iki qızın bacı olduğu məlum olub. Lent.az-ın məlumatına görə, 1991-ci il təvəllüdlü Sürəyya Qəhrəmanlının idarə etdiyi "Chevrolet"in "MAN" markalı yük maşınına çırpılması nəticəsində o vəfat edib. Bacısı, 24 yaşlı Leyla Qəhrəmanlı isə koma vəziyyətində xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı Abşeron rayon Polis İdarəsində cinayət işi açılıb, ekspertizalar təyin edilib.

 

Qəzaya düşən bacılar Bakıdakı özəl klinikalardan birində çalışırmış. Onlar Sumqayıtdan Bakıya işə gələrkən qəzaya düşüblər.

 

 

Bildirək ki, Daxili İşlər Nazirliyi də Abşeron rayonunda iki bacının düşdüyü ağır yol qəzası ilə bağlı məlumat yayıb. Nazirliyin məlumatına görə, hadisə sentyabrın 15-də saat 08 radələrində baş verib.

 

Abşeron RPİ tərəfindən araşdırma aparılır.

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar