Ölkə üzrə əhalinin sayı 2016-cı il ərzində 104,4 min nəfər və ya 1,1 faiz artaraq, 2017-ci il yanvar ayının 1-i vəziyyətinə 9810,0 min nəfərə çatıb.
Dövlət Statistika Komitəsindən verilən xəbərə görə, əhalinin 53 faizi şəhər, 47 faizi kənd sakinidir. Onların 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.
2017-ci il yanvarın 1-i vəziyyətinə əhalinin 4,6 faizi Naxçıvan Muxtar Respublikasında, 22,9 faizi Bakı şəhərində, 20,2 faizi Aran, 12,9 faizi Gəncə-Qazax, 9,3 faizi Lənkəran, 30,1 faizi isə digər iqtisadi rayonlarda yaşayır./apa/
Ölkə üzrə əhalinin sıxlığı bir kvadrat kilometrə 113 nəfər təşkil edib. Bu göstərici Naxçıvan Muxtar Respublikasında 82, Bakı şəhərində 1049, Abşeron və Lənkəran iqtisadi rayonlarının hər birində 151, Gəncə-Qazax iqtisadi rayonunda isə 103 nəfər olub./apa/