Azərbaycanda hərbi hissənin ərazisində partlayış olub- RƏSMİ (VİDEO)
27.08.2017 1019 0
Bu gün Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin silah anbarında yanğın baş verib.
Qazeta.info Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına əsasən bildirir ki, nəticədə ərazidə partlama müşahidə olunub. Hadisənin səbəblərinin öyrənilməsi və müvafiq təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi məqsədilə aidiyyəti strukturların nümayəndələrindən ibarət qrup hadisə yerindədir.
İndiyə olan məlumata görə həlak olan və xəsarət alan yoxdur.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər