Məlumata görə, bunu bu gün Milli Məclisin Sosial siyasət komitəsinin Azərbaycan Respublikasının Gənclər Təşkilatlarının Milli Şurasının təşəbbüsü ilə keçirilən “Heydər Əliyev və Azərbaycanın gənclər siyasəti sahəsində qanunvericiliyi” mövzusunda iclasda gənclər və idman nazirinin müavini İntiqam Babayev söyləyib.
İ. Babayev bildirib ki, “Azərbaycan gəncliyi 2016-2020-ci illərdə” Dövlət Proqramının hazırlanmasında gənclərin də iştirakı təmin olunacaq.
Qeyd edək ki, Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının müddəti bu il başa çatır. Azərbaycan prezidenti İlham Əliyevin 26 yanvar 2015-ci il tarixli sərəncamı ilə “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” təsdiq olunub. Strategiyanın məqsədi 2015-2025-ci illəri əhatə edən müddətdə Azərbaycan gəncliyinin potensialını müasir dövrün tələblərinə uyğun inkişaf etdirmək, həmin potensialdan Azərbaycan Respublikasının mənafeləri naminə istifadə etmək, yeni nəsildə fəal vətəndaşlıq mövqeyi formalaşdırmaqdır.Gənclər və İdman Nazirliyi Strategiyadan irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində əlaqələndirməni təmin etməli və Strategiyanın həyata keçirilməsi ilə bağlı görülən işlər barədə ildə bir dəfədən az olmayaraq Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir. /apa/