Azərbaycanda gənclər şəhərciyi tikilməyəcək
25.12.2015 437 0.0 0

Yaxın gələcəkdə gənclər şəhərciyi tikilməyəcək. "Report" xəbər verir ki, bu barədə gənclər və idman naziri Azad Rəhimov keçirdiyi mətbuat konfransında açıqlama verib. 

O bildirib ki, hazırkı bazar iqtisadiyyatı sistemində gənclər üçün şəhərciyin inşası mümkün deyil. Nazir əlavə edib ki, dövlət büdcəsindən pul ayrılaraq gənclərə ev tikilməsi də düzgün olmazdı: "Bütün bunları nəzərə alaraq, deyə bilərəm ki, yaxın gələcəkdə gənclər şəhərciyinin inşası gündəmdə olan məsələ deyil".


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar