Azərbaycanda erməni əsgərin meyiti tapıldı
17.06.2016 1250 0.0 0

Dağlıq Qarbağda Ermənistan ordusunun əsgəri öldürülüb. Məlumata görə, Ermənistan  Müdafiə Nazirliyinin mətbuat xidməti ölüm faktını təsdiqləyib.

Əsgər Hrant G.Qriqoryanın meyiti bu gün cəbhə xəttinin cənub istiqamətində təlim bölməsində tapılıb. Təlim bölməsi təmas xəttinin cənub istiqamətindədir.

1997-ci il təvəllüdlü əsgərin hansı şəraitdə öldüyü bəlli deyil. Ermənistan istintaq  komitəsi hadisə ilə əlaqədar araşdırmaya başlayıb. 

Ermənistan ordusunda sonuncu ölüm faktı iyunun 2-də qeydə alınıb.

Əvvəl 1997-ci il təvəllüdlü Xoren Harutunyanın ölümcül yaralandığı barədə məlumat verilib. Daha sonra onun həyatını itirdiyi bildirildi.

Mayın 31-də isə əsgər 1997-ci il təvəllüdlü Suren Armen Mosiyanın Qarabağda naməlum şəraitdə qəfildən ölüb.

Həmçinin mayın 26-da Ermənistan ordusunda bir gün ərzində iki əsgərin ölməsi barədə məlumat yayılmışdı. Öldürülən Vaqe Yeqoyanın 10 ayın əsgəri olduğu bildirilirdi. Yeqoyanın ölümünə səbəb olan güllə 19 yaşlı əsgərin başından dəymişdi.

Araşdırmalar nəticəsində məlum olub ki, əsgər mayın 25-də öz xidmət yoldaşı Q.Kosoqoblyan tərəfindən öldürülüb. Ermənistan İstintaq Komitəsinin məlumatına görə, Kosoqoblyan əvvəl əsgər yoldaşı ilə mübahisə edib. Daha sonra onu qətlə yetirib. /anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar