Azərbaycanda dövriyyədə olan nağd pulların həcmi ikiqat azalıb
11.01.2016 539 0.0 0

Azərbaycanda son 1 ildə dövriyyədə olan nağd pulların həcmi 47,62% və ya 5 mlrd. 217,6 mln. manat azalaraq 5 mlrd. 738,1 mln. manat təşkil edib.
 
Azərbaycan Mərkəzi Bankından (AMB)  verilən məlumata görə, təkcə noyabr ayında dövriyyədə olan nağd pulların həcmi 256,8 mln. manat və ya 4,28% azalıb.
 
Qeyd edək ki, dövriyyədə olan nağd pulların həcminin azalması prosesi 2014-cü ilin avqust ayından başlayıb. Həmin vaxtdan indiyədək yalnız 2015-ci ilin may ayında bu göstərici üzrə artım qeydə alınıb. Ümumiyyətlə, 2014-cü ilin avqustundan 2015-ci ilin noyabr ayına qədər dövriyyədə olan nağd pulların həcmi 5 396,3 mln. manat və ya 1,94 dəfə azalıb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar