Azərbaycanda dollar ucuzlaşdı (CƏDVƏL)
15.04.2015 933 0.0 0

Azərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub.

Mərkəzi Banka istinadla verdiyi məlumata görə, 1 dollar 1.0514-dən 1.0511-ə qədər ucuzlaşıb. 

Avronun məzənnəsində isə artım qeydə alınıb. 

Belə ki, 1 avro 1.1106-dan 1.1167-yə qədər bahalaşıb. 

Rusiya rublunun kursunda da bahalaşma müşahidə edilib. İndi 1 rublun dəyəri 0.0202-dən 0.0206-ya qədər bahalaşıb. 

Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilmişdi. O günə qədər ölkədə 1 dollar təxminən 0, 78 AZN idi./anspress/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar