Azərbaycanda doğuş zamanı ölüm hadisəsi baş verib
07.06.2016 701 0
Quba rayonunda doğuşdan sonra ölüm hadisəsi baş verib.
Məlumata görə, Rustov kənd sakini, 1991-ci il təvəllüdlü Aygün Kərimova doğuşdan sonra baş verən qanaxma nəticəsində dünyasını dəyişib.
Aparılan tədbirlərə baxmayaraq, ananı xilas etmək mümkün olmayıb. Onun dünyaya gətirdiyi uşaq sağ qalıb.
Ana ölümünün səbəbi tibbi ekspertizanın rəyindən sonra məlum olacaq. Faktla bağlı Quba rayon Prokurorluğu tərəfindən araşdırma aparılır./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər