Azərbaycanda dizelin qiyməti qalxdı
22.12.2015 1931 0.0 0

Dizel 68 qəpik olub, YDM-lərdə həftə içində benzinin də bahalaşacağından danışırlar
Manatın «üzən məzənnəyə» keçməsindən dərhal sonra ölkədə vəziyyət dəyişib. Xalq.az sosial şəbəkələrdə yayılmış məlumata istinadən xəbər verir ki, artıq yanacaqdoldurma məntəqələrində (YDM) də qiymətlər bahalaşıb. Şahidlərin verdiyi məlumata görə, əksər YDM-lərdə bir litr dizelin qiyməti 68 qəpiyə qaldırılıb. Bu təqribən 8 qəpik bahalaşma deməkdir. İddia edilir ki, əksər YDM-lərdə belə xəbər yayılıb ki, bu həftə içində enerji daşıyıcılarının da qiymətləri artıralacaq.
Xatırladaq ki, bu gün manat növbəti dəfə devalivasiyaya uğrayıb və 1 dollar 1,55 manat dəyərini qazanıb. Hökumət isə əhalini sakitliyə və narahat olmamağa çağırıb./avtosfer.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar