Azərbaycanda deputatlığa namizədliyi qeydə alınanların sayı açıqlanıb
07.10.2015 813 0
Azərbaycanda noyabrın 1-də keçiriləcək parlament seçkilərində 1190 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.
Qazeta.info Trend-ə istinadla xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.
Qeydə alınan namizədlərin 263-ü siyasi partiyalar, 15-i "Azadlıq-2015" bloku, 2-si təşəbbüs qrupu, 910-ı isə fərdi qaydada irəli sürülüb.
İclasda, həmçinin namizədliyin qeydə alınmasından imtina ilə bağlı dairə seçki komissiyalarının qərarları ilə bağlı MSK-ya daxil olmuş bir neçə müraciətə baxılıb. Baxılan müraciətlərin 1-i üzrə DSK-nın qərarı ləğv edilərək müraciət təmin edilib. Müraciətlərin 4-ü isə təmin edilməyib və DSK-nın qərarı qüvvədə saxlanılıb.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər