Azərbaycanda daha iki bank bağlanıb
26.01.2016 480 0.0 0

Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyətinin 25 yanvar tarixli qərarları ilə məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə “United Credit Bank” və “NBC Bank” ASC-nin bank lisenziyaları ləğv edilib.

Qazeta.info bildirir ki, "Report"un Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, bu gündən banklara müvəqqəti inzibatçı təyin edilib.

AMB bildirir ki, “NBC Bank” və “United Credit Bank” ASC-də Əmanətlərin Siğortalanması Fondu tərəfindən əhalinin qorunan əmanətləri üzrə qanunvericiliyə müvafiq olaraq kompensasiyaların ödənişi həyata keçiriləcək.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar