Gəncədə intihar hadisəsi baş verib. Gəncə şəhər prokurorluğundan məlumata görə, hadisə şəhərin Natəvan qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini 2000-ci il təvəllüdlü Əli İlyas oğlu Vəliyev özünü yaşadığı evdə asıb. Onun asılmış meyitini ailə üzvləri aşkar ediblər.
Hələlik intiharın səbəbləri barədə məlumat verilmir. Özünü asan Əli Vəliyevin orta məktəb şagirdi olduğu bildirilir.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Ölkə ərazisində sonuncu intihar hadisəsi ötən gün Hacıqabulda baş verib. Rayonun S. Almazov küçəsində 1997-ci il təvəllüdlü Ağayeva Kifayət Vadar qızı yaşadıqları evin həyətindəki yardımçı tikilidə özünü asıb. Yaxınlarının bildirdiyinə görə, Kifayət nişanlı olub./anspress/