Azərbaycanda daha 3 nəfərin prezidentliyə namizədliyi qeydə alınıb
07.03.2018 1089 0.0 0

Bu gün aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə bağlı daha 3 namizəd qeydə alınıb.

 

Məlumata görə, Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında prezidentliyə öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc, Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Araz Əlizadə və Bütöv Azərbaycan Xalq Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Qüdrət Həsənquliyevin namizədliyinin irəli sürülməsi məsələsinə baxılıb.

 

MSK onların hər üçünün namizədliyini qeydə alıb.

Qeyd edək ki, bundan əvvəl MSK Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Əliyevin namizədliyini qeydə alıb.

 

Xatırladaq ki, aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə bağlı 15 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiq edilib/apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar