Azərbaycanda dəhşətli faciə- 55 yaşlı kişi yanaraq öldü
27.03.2015 734 0
Şamaxıda dəhşətli yanğın hadisəsi baş verib.
Qazeta.info Fövqaladə Hallar Nazirliyinə istinadla bildirir ki, Şamaxı şəhərində vətəndaşa məxsus ümumi sahəsi 108 kv.m olan birmərtəbəli 4 otaqlı evin 1 otağında yataq dəsti yanmışdır.
Yanğının kəşfiyyatı zamanı ev sahibi 1960-cı il təvəllüdlü Soltanı Ağagül Əlbala oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən yanmış evdə aşkar olunmuşdur.
Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər