Azərbaycanda dəhşət: Qaynata gəlinini güllələdi
25.07.2015 851 0.0 0

 

 Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən verilən məlumata görə, iyulun 25-də Qusar rayonunun Avaran kənd sakini Amaxan Nəzərov yaşadığı evdə münaqişə zəminində gəlini Sevinc Məmmədovaya tüfəngdən açdığı atəşlə xəsarət yetirib. 

Qusarda baş vermiş dəhşətli qətl hadisəsinin bəzi məqamları bəlli olub.

Qaynatası tərəfindən qətlə yetirilmiş Sevinc Məmmədovanın qardaşı Həbib Məmmədov  açıqlamasında bildirib ki, 75 yaşlı Amaxan Nəzərov hadisəni törədərkən sərxoş olub. 

S.Məmmədova 1978-ci il təvəllüdlüdür. Ən dəhşətlisi də budur ki, Sevinc Məmmədova böyüyünün 12 yaşı olmaqla 4 azyaşlı uşaq anasıdır. 

A.Nəzərov hadisənin törətdikdən sonra polisə könüllü təslim olub. 

Faktla bağlı Rayon Prokurorluğunda qəsdən adam öldürmə maddəsilə cinayət işi açılıb.

Rayonun hüquq mühafizə orqanları qətl hadisəsilə bağlı hər hansı açıqlamanı verməkdən boyun qaçırırlar./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar