Azərbaycanda əcnəbi baykerləri maşın vurdu (FOTO, VİDEO)
29.07.2015 719 0.0 0

Polşalı baykerlər Azərbaycanda qəzaya düşüblər.  Məlumata görə, hadisə bu gün səhər saatlarında Oğuz-İsmayıllı-Şəki magistral yolunda, Şəkinin Qırxbulaq kəndi ərazisində baş verib. 

Bakı şəhər sakini olan qadın idarə etdiyi “Prado” markalı 90-UF-696 dövlət nömrəli nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Qadın baykerləri vurub. 

Nəticədə 3 Polşa vətəndaşı vurulub. Onlardan biri olan Eyva Petrovski adlı qadın baykerə daha ciddi xəsarət alıb. 

Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə gətirilib. Xəstəxanadan A verilən məlumata görə, onların bədənlərində çoxsaylı sınıqlar var. 

 

Qəzaya düşən motosikletçi və qəzanı törədən avtomobil


Qəza və onun başvermə səbəbi ilə bağlı araşdırma aparılır./anspress/

hadisə zamanı çəkilən videogörüntüləri təqdim edirik: 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar