Azərbaycanda bütün uşaqlar bir yerdə olacaq
31.12.2015 509 0.0 0

Azərbaycanda Uşaq Məlumat Bankı yaradılacaq.

Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən  məlumat verilib. Onların sözlərinə əsasən, bu Məlumat Bankına Azərbaycan Respublikasında yaşayan bütün uşaqlar haqqında məlumat yerləşdiriləcək. 

"Burada 18 yaşına çatmış bütün uşaq haqqında məlumatlar əldə etmək olar. Məlumatlar uşaqların bilik səviyyəsi, yaşayış yeri, aliment və sosial müavinət alıb-almamağı, sağlamlığı, hüquqlarının pozulub-pozulmaması və ibarət olacaq. Məlumat Bankın maketi, texniki komponentləri artıq hazırlanıb. Onun qəbulu olması üçün qalıb bəzi komponentləri, onları da Rabitə Nazirliyi hazırlayacaq", - deyə qurumdan bildirdilər.

Qurum rəsmissi onu da dedi ki, bankın məlumatları ictimaiyyət üçün deyil, dövlət qurumları üçün nəzərdə tutulub. Bankın köməkliyi ilə ölkə üzrə olan uşaqların məlumatlarını qiymətləndirmək olar. 

 

"Dövlət qurumlarının işini araşdırmaq üçün belə bir layihə hazırladıq. Yəni hər hansı bir dövlət qurumu istədiyi uşaq haqqında məlumatı Banka daxil olaraq ala biləcək. Məsələn, hansısa uşaqla bağlı problem yaranıbsa, dərhal bu məlumat Bankında bununla bağlı informasiya olacaq", - deyə qurumdan əlavə etdilər.

Eyni zamanda bildirildi ki, Məlumat bankına 3 milyondan çox uşaqların adı, onlar haqqında məlumat daxil edilib. Buraya kimsəsiz uşaqlar da daxil olunub. Bank indiyənədək və bundan sonra doğulan bütün uşaqları əhatə edir./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar