Azərbaycanda bu sahələrdə çalışanlara pulsuz süd veriləcək
19.12.2017 1059 0.0 0

Azərbaycanda işçilərə pulsuz süd və ona bərabər tutulan məhsulların veriləcəyi zərərli, ağır və yeraltı əmək şəraitli istehsalatların siyahısı açıqlanıb.

 

Məlumata görə, Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənən “İşçilərə pulsuz müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan məhsulların verilməsi üçün zərərli, ağır və yeraltı əmək şəraitli istehsalatların Siyahısı”na əsasən, aşağıdakı kimyəvi maddələrlə bağlı iş yerlərində çalışan işçilərə iş yerlərinin attestasiyasının nəticələri əsasında pulsuz süd və ona bərabər tutulan məhsullar verilir:

     

1.Alifatik və alitsiklik karbohidrogen (doymuş və doymamış) :

 

- metan sırası karbohidrogenləri: butan, izobutan, pentan, izopentan, heksan, oktan, izooktan, ionan;

- etilen sırası karbohidrogenləri: butilenlər, amilenlər, izobutilenlər;

- tsiklik, doymamış karbohidrogenlər: tsiklopentadiyen, ditsiklopentadiyen,  tsiklopentadiyeniltrikarbonil permanqanat;

- bir və iki nüvəli aromatik karbohidrogenlər: benzol, ksilol, toluol, etilbenzol, kumol, diizopropilbenzol, stirollar, difenil, naftalin və onların törəmələri;

 

2. Yağlı karbohidrogen sırasının halogenli birləşmələri:

 

- flüorlu törəmələr: flüoretilen, diflüoretilen, triflüoretilen, tetraflüoretilen, triflüorpropilen, diflüoretan, dekaflüorbutan;

- xlorlu törəmələr: metilxlorid, metilenxlorid, xloroform, karbon-4xlorid, etilxlorid, dixloretan, trixloretan, tetraxlorpropan, tetraxlorpentan, vinilxlorid, dixloretilen, trixloretilen, tetraxloretilen, heksaxlortsiklopentadiyen, allozan, xloropren, allilxlorid, butilenxlorid, heksaxlorbutadiyen və bu sıradan başqaları;

- bromlu  törəmələri: metilenbromid, metilbromid, etilbromid, dibrometan, tetrabrometan, dibrompropan, broform və başqaları;

- yodlu törəmələri: metilyodid, yodoform, etilyodid və başqaları;

 

3. Aromatik karbohidrogen sırasının halogenli birləşmələri: xlorbenzol, dixlorbenzol, trixlorbenzol, tetraxlorbenzol, heksaxlorbenzol, benzilxlorid, bezotrixlorid, xlorstirol, brombenzol, benzilbromid və bu sıranın başqa halogenli birləşmələri;

 

4. Çoxnüvəli monotsiklik karbohidrogenlərin xlorlu birləşmələri: xlorlaşmış difenillər, difenilin xloroksidi, xlorindan, xlornaftalinlər, heptaxlor, DDT, heksaxlortsikloheksan, polixlorpinin, polixlorkamfen, xlorten, sinazin, artazin;

 

5. Spirtlər:

 

- yağlı karbohidrogenlərin doymuş və doymamış spirtləri və qlikolları:  metil spirti, allil və krotil spirtləri və başqa spirtlər;

- yağlı karbohidrogen spirtlərinin halogenli törəmələri: ortaflüoramil, tetraflüorpropil və başqa spirtlər;

- alitsiklik və aromatik sıra spirtləri: benzil spirti, tsikloheksanol və başqaları;

6. Fenollar: fenol, xlorfenollar, pentaxlorfenol, krezollar, hidroxinon, natripentaxlorfenolyat və başqaları;

 

7.Alitsiklik və alifatik sıranın efirləri və onların halogenli törəmələri: dimetil, dietil, diizopropil, dibutil, vinilbutil, divinil, monoxlordimetil, dixlordietil, tetraxlordietil, etilenqlikol, propilenqlikol, qliserin  və  poliqlikolların  efirləri;

 

8. Fenol efirləri: qvayakol,  hidroxinonun  monobenzil  efiri, dinil və bu  sıradan  başqaları;

 

9. Üzvi oksid və pereoksidlər: etilen, propilen oksidləri, epixlorhidrin, izopropilbenzolun  hidroperoksidi, benzol, peroksid, metiletilketon, tsikloheksanon oksidləri və bu sıradan başqa maddələr;

 

10. Tospirtlər, tiofenollar və tioefirlər: metil və  etilmerkaptanlar, trixlorfenol və pentaxlortiofenol, 2,4-trixlorfenoksisirkə turşusunun duzları;

 

11. Əvəzləyici və əvəzləyicisiz aldehid və ketonlar:  asetaldehid, formaldehid, benzoldehid, akrolein, aseton, bromaseton, xloraseton, pentaxloraseton, heksaxloraseton və bu sıradan başqaları;

 

12. Üzvi turşular, onların  anhidridləri, amidləri və hallogenan-hidridləri:  malein  ftal  anhidridi, turşular: qarışqa, sirkə, propion və onların anhidridləri, naften turşuları, benzoilxlorid, xlorfenoksisirkə turşusu, karbomon turşusunun birləşmələri, tio və ditikarbamid turşuları, dimetilfermamid və həmin qrupdan qalanları, həmçinin diazobirləşmələr, diazoketonlar və diazoefirlər;

 

13. Mürəkkəb efirlər: nitrit, nitrat, sulfat, xlorsulfanol, qarışqa, sirkə, propion, akril, metakril turşuları, efirləri və onların halogenli törəmələri;

 

14. Fosfat turşusunun mürəkkəb efirləri və amidləri: trikrezilfosfat, tiofos, metefos, metiletiltiofos, merkaptofos, metilmerkaptofos, flüorofos, tabun, zonan, zarin, oktametil, karbofos, M-81, №74 preparatları DDVF, fosfamid, dietilxlormonofosfat, metildixlortiofosfat, dimetilxlortiofosfat və digər fosfor üzvi zəhərləyici maddələr;


15. Yağlı polietilen sırasının nitro və amino birləşmələri və onların törəmələri: nitroolefinlər, nitroetan, nitrometan, nitropropan, nitrobutan, nitrofoks, xlorpikrin, nitrosikloheksan, metilamin, dimetilamin, trimetilamin, etilamin, dietilamin, etilenimin, polietilepilin, polietilenpoliamin, heksametilendiamin, etanolamin, tsikloheksilalin və bu sıradan başqaları;

 

16. Aromatik  sıranın  nitro  və  amin  birləşmələri  və  onların törəmələri: nitrobenzollar, nitrotoluollar, nitroksilol, dinok, dinoseb, nitronaftalinlər, nitrofenollar, nitro- və aminozollar, animen, asetonamilin, xloranilinlər, finilendiaminlər, benzidin, parafenetizin;

 

17. Benzoxinonlar, naftaxinon, antraxinon, benzatren, parabezoxenon və dixlornaftaxinon;

 

18. Üzvi boyalar: nitroxinon, nitro və nitroazoboyalar, azoboyalar, azin boyaları, 2-metilfuran (silvan);

 

19. Hetrotsiklik birləşmələr istehsalında: furan, tetrahidrofuran, furfurol, tiofen, indol, piridin, pirazalen, purin, piridin və purin əsasları, pikolinlər, nikotin turşusu, dioksanlar, piperidin, morfomen, heksogen, barturatlar;

20. Alkaloidlər: atropin, kokain, tiryək, morfin, kodein, strixnin, pilokarpin, skopolazin, salsolin, olekopos, papaverin, nikotin, anatazin, həmçinin tərkibində bu maddələr olan xammal və hazır məhsullar (narkotik-tütün, siqaret, siqaret istehsalı, tütünün fermentləşdirilməsi);

 

21. Bor karbohidrogenləri;

 

22. Halogenlər  və  halogen törəmələri: flüor, xlor, brom, yod, xlorlu, bromlu, flüorlu hidrogen, flüor turşusu, silisiumlu hidrogen flüorid turşusu, flüor oksidi, 1 və 2 xlor oksidi, triflüoridxlor, yodxlorid, karbonxlor oksidi (fosgen);

 

23. Kükürd  birləşmələri: hidrogensulfid, karbonsulfid, xlorsulfon turşusu, kükürdün xlor anhidridləri, sulfid və sulfat anhidridləri;

 

24. Selen və onun birləşmələri: selen anhidridi, selenit turşusu, selenat turşusu, onların duzları, selenxloroksidi, selenin üzvi birləşmələri;

 

25. Ttellur və onun birləşmələri;

 

26. Azot  birləşmələri: hidrozin  və  onun  birləşmələri, azot oksidi, azot turşusu, natrium azit, ammonyak, natrium nitrat, azotxlorid, nitrozilxlorid, hidroksilamin;

2.27. sarı (ağ) fosfor və onun birləşmələri: fosfor anhidridi, fosfat turşusu və onun duzları;

 

28. Mərgümüş (arsen) və onun birləşmələri: arsen  anhidridi və ona oxşar anhidridlər, kalsium arsenit, kalsium arsenat, natrium arsenit, Paris yaşılı, asarsol, iprit;

 

29. Sürmə və onun birləşmələri: sürmə  anhidridi və sürməli, sürməli hidrogen, sürmə xlorid;

 

30. Sianidlər: hidrogensianid, kalium  və  natrium sianidlər, disian, xlorsian, bromsian, kalsiumsianid, sianurxlorid, benzilsianid;

 

31. Nitrollar: asetonitril, asetonsianhidrin, akrilonitril, etilensianhidrin, bezonitril və başqaları;

 

32. İzosianatlar, fenilizosianit, heksametilen, diizosianat, tolyilendiizosianat və başqaları;

 

33. Tərkibində  10%-dən  çox sərbəst  kristallik silisium 2-oksid olan aerozol şəkilli silisium birləşmələri;

 

34. Civə  və  onun üzvi, qeyri-üzvi birləşmələri:  metal-civə, civə-sianid, civə-nitrat, guruldayıcı civə, dimetilcivə, etilmerkurxlorid, etilmerkurfosfat, dietilcivə, xlorfenolcivə, merkurasetet, merkuran və civənin  başqa birləşmələri;

 

35. Manqan və onun birləşmələri: manqan oksidi, sulfat, xlorid və manqansulfat və onun başqa birləşmələrinin aerozolları;

 

36. Berillium və onun birləşmələri: berillium oksidi, berillium oksidinin hidratı, berillium karbid, berillium sulfat, berillium xlorid, berillium flüor oksidi və başqa birləşmələrinin aerozolları;

 

37. Tallium və onun birləşmələri: tallium xlorid, tallium sulfat, tallium asetat, tallium nitrat, tallium karbonat və başqaları;

 

38. Titan və onun birləşmələri;

39. Vanadium və onun birləşmələri: vanadium-5 oksid və 3-oksid, ammonium, natrium və kalsium vanadatları, vanadium xloridləri;

 

40. Xrom və onun birləşmələri: xrom-3 oksid,  xrom oksidi, xrom zəyi,  natrium bixromat  və başqaları;

 

41. Molibden  və  onun  birləşmələri: molibden-3 oksid, ammonium molibdat;

 

42. Nikel və onun birləşmələri: nikeloksid, nikel 3-oksid, nikel 2-oksidin hidratı;

 

43. Metanol;

 

44. Qalay, bor və silisium üzvi birləşmələri;

 

45. Qurğuşun və onun birləşmələri;


46. Nikel, kobalt, manqan metallarının karbonilləri;

 

47. Litium, sezium, rubidium və başqa qələvi elementləri və onların birləşmələri;

 

48. Nadir  torpaq  elementləri  (lantanidlər)  və  onların  birləşmələri;

 

49. Kadmium oksid və onun başqa birləşmələri;

 

50. Bbioloji baytarlıq preparatları, heyvanların çimizdirilmə vasitələri, akarasidlər və ərazinin dezinfeksiyasında işlədilən baytarlıq preparatları;  antibiotiklər: biomisin, tetrasiklin, sintomisin, levomisetin və başqaları;

 

51. Mikrobioloji mənşəli komponentlər: bakterioloji toksinlər, kimya-toksikoloji, virusoloji, seroloji və radioloji maddələr, mikotoksinlər;

 

52. Güclü təsir edən zəhərli maddələrin aerozolları (“A” və “B” siyahısına daxil olanlar);

 

53. Bütün növ dudaların istehsalı;

 

54. Pestisidlər;

 

55. Birinci  və  ikinci  dərəcəli  işlərdə  açıq  şəkildə  istifadə  olunan radioaktiv  maddələr.

 

Pulsuz müalicə-profilaktik yeməklər, süd və ona bərabər tutulan məhsullar verilən yeraltı əmək şəraitli iş yerləri iş yerlərinin attestasiyasının nəticələri əsasında Nazirlər Kabinetinin 2002-ci il 20 fevral tarixli 30 nömrəli qərarı ilə təsdiq edilmiş “İşləri yerin altında görülən yeraltı istehsalatların, şaxtaların, tunellərin, qurğuların və digər iş yerlərinin Siyahısı”na əsasən müəyyən edilir./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar