Azərbaycanda bu mallara vergi tətbiq edilməyəcək
15.12.2015 764 0.0 0

Azərbaycanda yaxın perspektivdə lyuks kateqoriyalı mallara verginin tətbiq edilməsi gözlənilmir. Qazeta.info bildirir ki, bunu "Report"-a vergilər nazirinin I müavini Natiq Əmirov deyib.

N.Əmirov bildirib ki, lyuks mallara verginin tətbiqi onsuz da hazırda çətin satılan bu kateqoriyadan olan mallara marağı daha da azalda bilər. Bu da nəticədə lyuks malların idxalının azalmasına gətirib çıxaracaq. İdxalın azalmasının iqtisadi nəzəriyyə baxımından effektiv olmadığını vurğulayan naziri müavini bunun ölkədən kapital axınına təsir etmədiyini bildirib.

"Report"un analitik qrupu hesab edir ki, ölkəyə kapital axınının azaldığı və xaricə kapital axınının artdığı bir dövrdə idxalın bu və ya digər yollarla zəiflədilməsi daha məqsədəuyğun sayılır. Çünki ölkədən kapital axınının yüksək səviyyədə qalması tədiyyə balansının kəsirlə tamamlanmasına bu da öz növbəsində valyuta qıtlığına gətirib çıxarır. Bunun səbəbi isə öz növbəsində dünya bazarında neftin kəskin ucuzlaşması fonunda Azərbaycana kapital axını xeyli dərəcədə azalıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar