Ölkədə istehsal olunan tikinti materiallarının xammalına tətbiq olunan vergi dərəcəsinin artırılması növbəti ildə sözügedən bazarda bahalaşmaya səbəb ola bilər.
ANS TV-nin məlumatına görə, mədən vergisinin dərəcələrində kifayət qədər böyük artım var. İndiyənədək seolit, barit kimi maddələrin hər kubetrinə görə 50 qəpik vergi tutulurdusa indi 1 manat vergi alınacaq. Mişar daşının hər kubuna görə, vergi 4 dəfə artıb və 2 manat olacaq. Digər materialların xammalında da vergilərin dərəcəsi yüksəldilib. Üstəlik dolların bahalaşmasına görə, idxal olunan materialların da qiyməti artacaq.
İqtisadçı Nüsrət İbrahimov bildirib ki, idxal edilən tikinti materiallarının maya dəyəri dollarla ifadədə ucuzlaşacaq. Manatla ifadədə isə bahalasacaq. Daxildə istehsal olunanan materialların maya dəyəri də 10 -12 faiz artdığından bu da qiymətələrə təsir edəcək.
Tikinti materialları əmlakın ümumi dəyərinin 30 faizini təşkil edir. Belə olduqda tətbiq olunan vergi dəyişikliklərinin əmlak bazarına da təsiri istisna deyil./anspress/