Azərbaycanda avtomobillərin parklanması ilə bağlı qaydalar dəyişib
16.12.2016 692 0.0 0

Azərbaycanda avtomobillərin parklanması ilə bağlı qaydalarda yenilik edilib.

 

Məlumata görə, Milli Məclisin bu gün keçirilən iclasında “Yol hərəkəti haqqında” qanuna bununla bağlı dəyişiklik müzakirə edilib.

 

Dəyişikliyə əsasən, nəqliyyat vasitəsi parklanma yerində 24 saatdan artıq saxlandıqda İnzibati Xətalar Məcəlləsinin nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında elektron protokol tərtib olunur, nəqliyyat vasitəsi müvafiq icra hakimiyyəti orqanının ən yaxın mühafizə olunan duracağına aparılır və nəqliyyat vasitəsinin istifadəçisinə məlumat verilir. Sürücü nəqliyyat vasitəsinin aparıldığı duracaq barədə məlumatı parkomat vasitəsi ilə də əldə edə bilər. Nəqliyyat vasitəsi parklanma yerində 24 saatdan artıq saxlandıqda sürücü 20 manat məbləğində cərimə edilir.

 

 

Layihə səsə qoyularaq qəbul olunub./APA/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar