Gəncədən İmamzadə dini komplreksinə gedən yolda, Samux rayonu ərazisində dəhşətli qəza baş verib.
Vaz 21 06 markalı avtomobilin sürücüsü yol ötürücüsünün üzərində olarkən idarəetməni itirib. Maşın əvvəlcə körpünün məhəccərlərinə, daha sonra isə 15 metr hündürlükdən yerə çırpılıb.
Şahidlərin bildirdiyinə görə avtomobildə bir-neçə uşaqla birlikdə ümumilikdə 11 nəfər olub. Onların əksəriyyəti həyatlarını itiriblər. Samux rayonu Dövlət Yol Polisi əməkdaşları sürücünün və həlak olanların şəxsiyyətlərinin müəyyənləşdirilməsi və hadisənin səbəblərinin araşdırılması istiqamətində iş aparır.
Qazeta.info bildirir ki, xəstəxanadan Kəpəz TV-yə verilən məlumata görə, avtomobildə olan şəxslərdən beşi dünyasını dəyişib. Onlar sürücü Məmmədov Zöhrab Faiq oğlu, azyaşlı Həsənova Məleykə Rövşən qızı, İsmayılova Hicran Səməndər qızı, İsmayılova Maral Mosu qızı və İsmayılova Kafya adlı yaşlı qadındır.
Yaralılar isə bunlardır:
Məmmədova Fatimə
Məmmədova Rəqsanə Faiq qızı
Məmmədova Zöhrə Faiq qızı
İsmayılova Namilə Mirzəli qızı
Hüseynov Sənan Elçin oğlu.
Verdiyev Yusif Elşən oğlunun xəsarətləri yüngül olduğundan ambulator yardımdam sonra evə buraxılıb. Sənan Hüseynov Gəncə Şəhər 2 saylı Birləşdirlmiş Uşaq Xəstəxanasına yerləşdirilib. Digər yaralıların müalicəsi Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasında davam edir.