Azərbaycanda 6 ayda 68 mindən çox körpə doğulub
15.08.2017 662 0
Bu ilin yanvar-iyun ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 68885 doğulmuş körpə qeydə alınıb.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əhalinin hər 1000 nəfərinə bu göstərici 14,3 nəfər təşkil edib.
Doğulan körpələrin 53 faizi oğlan, 47 faizi isə qız uşaqlarıdır.
Qeyd edək ki, doğulan körpələrdən 1208-i əkiz, 27-si üçəmdir./Trend/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər